Tramp təşviqat mitinqində atılan atəşlər nəticəsində yaralanıb, amma “təhlükəsizlikdədir”

Təşviqat kampaniyası bildirib ki, sabiq prezident Donald Tramp şənbə günü Pensilvaniyada təşviqat mitinqi zamanı onun istiqamətinə atılan atəşlərdən sonra başından zədələnib, amma vəziyyəti “yaxşıdır”.

Hadisəyə reaksiya verən Prezident Co Bayden, Vitse-Prezident Kamala Harris və sabiq Prezident Baraka Obama siyasi zorakılığı qəti şəkildə pisləyən bəyanatlarla çıxış ediblər.

Trampın seçki kampaniyasının yaydığı bəyanatda prezidentliyə namizədin yerli tibbi müəssisədə müayinə ediliyi bildirilir.

Şənbə günü o, rəqabətin qızğın olduğu Pennsilvaniya ştatının Batler şəhərinə təşviqat mitinqinə gəlmişdi.

Öz sosial media saytında yaydığı açıqlamada Tramp atəş açan şəxsin öldürülüdüyünü, onunla yanaşı bir nümayişçinin öldürüldüyünü və digərinin yaralandığını təsdiqləyib Xüsusi Xidmət X platformasındakı açıqlamada yaralanan nümayişçilərin sayının bir yox, iki nəfər olduğunu bildirib.

Tramp öz bəyanatında Xüsusi Xidmətə öz minnətdarlığını ifadə edib.