“Alulbeyt Türkiyə”-nin daha bir şöbəsi açıldı

“Alulbeyt Türkiyə”-nin daha bir şöbəsi açılıb.

Türkiyədə fəaliyyət göstərən Alulbeyt Vəqfi və ona bağlı Bilgə Qadın Dərnəyi Hatayın Antakya rayonunda yeni bir şöbənin açılışını həyata keçirib.

Tədbirdə  “Alulbeyt” qurumlarının türkdilli ölkələr üzrə baş səlahiyyətlisi və Ayətullah Sistaninin Türkiyə təmsilçisi Onurşan Rəhmani, Ayətullah Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Şəhristaninin köməkçisi Dr. Ələddin Nəcəfi, Hatay alimi Əli Yeral və başqaları iştirak ediblər.