Türkiyənin Mason lideri Remzi Sanver “Can Holding” əməliyyatında saxlanıldı

 “Can Holding” əməliyyatında ikinci dalğa

Türkiyədə “Can Holding”ə qarşı başlanan istintaq çərçivəsində ikinci dalğa əməliyyatı keçirilib. İstanbul mərkəzli əməliyyatda ümumilikdə 35 nəfər barəsində həbs qərarı çıxarılıb.

 

Remzi Sanver kimdir?

11 sentyabrda baş tutan ilk mərhələdə 26 nəfərin saxlanıldığı əməliyyatın bu dəfəki siyahısında diqqətçəkən adlar yer alıb. Onların arasında tanınmış iş adamları, “Binsat Holding” rəhbərləri və “Can Holding”in sahiblərinin yaxınları da var.

 

Mason lideri Remzi Sanver də saxlanıldı

Ən çox diqqət çəkən adlardan biri isə Hür və Qəbul Edilmiş Masonlar Böyük Lojasının rəhbəri, professor Remzi Sanver olub. Sanver həmçinin İstanbul Bilgi Universitetinin sabiq rektoru və Qalatasaray İdman Klubunun keçmiş rəhbərliyinin üzvü kimi tanınır.

Məlumata görə, Remzi Sanver 2023-cü ildən bəri Türkiyədəki ən böyük mason təşkilatının başında dayanır və ictimaiyyətə masonluqla bağlı çıxışları ilə tanınıb.

Sanver 2011–2015-ci illərdə Bilgi Universitetində rektor vəzifəsində çalışıb, hazırda isə Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzində (CNRS) professor kimi fəaliyyət göstərir.

 

İstintaqın detalları açıqlanmadı

Türkiyə mətbuatının yazdığına görə, əməliyyatın məqsədi “Can Holding” və ona bağlı qurumlarda maliyyə pozuntuları və qeyri-qanuni əməliyyatların araşdırılmasıdır.

İstintaq çərçivəsində saxlanılan şəxslərin ifadələri alındıqdan sonra məhkəməyə təqdim ediləcəyi gözlənilir. Rəsmi orqanlar hələlik istintaqın detalları barədə açıqlama verməyib.

 

Remzi Sanver kimdir?

Remzi Sanver 1970-ci ildə İstanbulda anadan olub. O, iqtisad üzrə təhsil alıb və elmi fəaliyyətini sosial elm sahəsində davam etdirib. Sanver həm akademik fəaliyyəti, həm də masonluğun Türkiyədə ictimaiyyətə təqdimatındakı rolu ilə tanınır.

Mason liderinin saxlanılması ölkə ictimaiyyətində geniş rezonans doğurub və sosial mediada müzakirələrə səbəb olub.