İrlandiyanın paytaxtı Dublin ətrafında sığınacaq axtaranların yerləşdirildiyi hotelin qarşısında keçirilən etiraz aksiyası zorakılığa çevrilib və polisə hücum edilib.
Bu barədə RTE telekanalı məlumat yayıb.
Onlar alovlara bürünmüş polis furqonunun fotosunu yayıblar. Telekanalın məlumatına görə, təxminən 2000 nəfərlik izdihamdan hüquq-mühafizə orqanlarının əməkdaşlarına fişənglər, butulkalar və müxtəlif əşyalar atılıb.
Öz növbəsində, polis etirazçılara qarşı su şırnaqlarından istifadə etməklə cavab verib. Xəsarət alanlar və həbslər barədə məlumat yoxdur. Artıq ikinci gecədir ki, şəhər mərkəzindən 13 km cənub-qərbdə yerləşən "Citywest" hotelinin qarşısında etiraz aksiyaları keçirilir.
Etirazlara bazar ertəsi səhər hotelin yaxınlığında törədilmiş cinsi təcavüz iddiası səbəb olub.
Dublində miqrantların olduğu hotelin qarşısındakı aksiyalar iğtişaşlara çevrilib