Azərbaycan Dövlət Neft Fondu neft gəlirlərindən formalaşan vəsaitlərin həcmini açıqlayıb.
Oxu.Az xəbər verir ki, 2001-ci ildə ARDNF-nin vəsaitləri 270 mln. ABŞ dolları təşkil edirdisə, 2018-ci il üzrə bu rəqəm artıq 38 mlrd. ABŞ dollarını keçib.
Fond bu vəsaitlərin səmərəli idarə edilməsi prinsipi əsasında mühüm ümummilli layihələrin maliyyələşdirilməsini həyata keçirdiyini vurğulayıb:
“Qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsi ARDNF-nin vəsaiti hesabına həyata keçirilir. Ölkəmiz üçün çox mühüm iqtisadi, siyasi, strateji əhəmiyyət kəsb edən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin, Oğuz-Qəbələ-Bakı su kəmərinin, “Star” neft emalı kompleksinin, o cümlədən, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından mühüm olan “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti”nin tikintisi layihələri də ARDNF tərəfindən maliyyələşdirilib.
Bunlarla yanaşı, hazırda Samur-Abşeron suvarma sisteminin yenidən qurulması tikintisi layihəsinin maliyyələşdirilməsi Fond tərəfindən həyata keçirilir”.
Dövlət Neft Fondu vəsaitlərinin həcmini açıqladı

Oxşar xəbərlər