Sionist nazirin qalmaqallı xəritəsi İordaniyanı qəzəbləndirib

Dünən sionist rejimin maliyyə naziri İordaniya ərazisinin bəzi hissələrinin işğal olunmuş Fələstin torpaqları ilə birləşdirildiyini göstərən xəritəni elan edib ki, bu da İordaniyanın qəzəbinə səbəb olub.

Rejimin maliyyə naziri Bezalel Smotrich bu yaxınlarda əlində işğal olunmuş İordaniya və Fələstinin bəzi hissələrinin İsrail əraziləri ilə birləşdirildiyini göstərən xəritəni göstərib.

İordaniya Xarici İşlər Nazirliyi dünən Parisdə keçirilən mərasimdə Smotriçin göstərdiyi bu xəritəni pisləyib və deyib: “Bu hərəkət hədsiz təxribatdır və beynəlxalq adət-ənənələrin, Təl-Əviv-Əmman Sülh Müqaviləsinin pozulmasıdır.

İordaniya həmçinin bu ekstremist nazirin Fələstin xalqı və onun müstəqil dövlət qurmaq kimi tarixi haqqı ilə bağlı irqçi bəyanatlarını pisləyir və bu ekstremist bəyanatların nəticələri barədə xəbərdarlıq edir. İordaniya beynəlxalq ictimaiyyətdən bu sionist nazirin humanitar dəyərləri və prinsipləri pozan bəyanatlarını və hərəkətlərini pisləməyi istəyir.

Eyni zamanda, sionist rejimin Nazirlər Kabineti təhlükə yaradan, təhlükəsizlik və sabitliyi təhdid edən bu bəyanatlarla bağlı aydın və şəffaf mövqe nümayiş etdirməlidir. İordaniya bu davranışlarla mübarizə aparmaq üçün lazımi siyasi və hüquqi tədbirlər görəcək. Ona görə də bu cür bəyanatlar İordaniyaya və Fələstin xalqının hüquqlarına zərər verməyəcək, əksinə, Fələstin xalqına qarşı tarixi zülmün miqyasını və bu israilli nazirin ifrat düşüncələrinin təhlükəsini bütün dünyaya göstərəcək”.

Digər xəbərə görə, İordaniya Xarici İşlər Nazirliyindəki mənbə bazar ertəsi axşam saatlarında nazirliyin müvəqqəti sionist rejimin maliyyə nazirinin bəyanatlarına cavab olaraq Əmmandakı səfirini çağırdığını elan edib.