Rejimin Azərbaycan xalqına qarşı açdığı "daxili cəbhədə" "atəşkəsə" getmək fikri yoxdur?

Dünən həbs olunmuş AXCP Binəqədi şöbəsinin sədri Ramid Nağıyev və Beyləqan şöbəmizin fəalı Ayət İsmayılovun da hər birinin 30 sutka müddətinə həbsilə təkcə son tuthatut kampaniyasında həbs olunan AXCP fəallarının sayı 7 nəfər oldu. Heç bir partiyanın üzvü olmayan sosial şəbəkə fəallarının həbsi də davam edir.
Nə istəyirsiz, bu xalqdan? Qisasdırsa, nəyin qisasıdır? Qorxudursa, nəyin qorxusudur? Bu qədər kütləvi repressiyanın dövlətimizi bütün dünyada rüsvay etdiyini başa düşmək çoxmu çətindir?
Kütləvi həbslərlə Azərbaycandan Şimali Koreya, Türkmənistan düzəltmək istəyirsizsə, bu da alınmayacaq. Müasir dövrün şərtləri, coğrafiyamızın tələbi, ən əsası da xalqımızın dəyanəti sizə bu imkanı verməyəcək. Ən yaxşısı dayanmaqdır. Nə xalqa bu qədər əziyyət verin, nə də özünüzü çıxılmaz dalana salın. Həbsləri dayandırıb, bütün siyasi məhbusları azad edin.
 
 
Əli Kərimli
AXCP sədri