“Ərəb və İslam KİV-ləri Qurani-Kərimin Ukrayna əsgərləri tərəfindən yandırılmasını pisləməlidir”

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Məscidül-Əqsa İmamı və Qüds Ali İslam Komissiyasının sədri ərəb və islam media qurumlarını Ukrayna əsgərlərinin Quranı yandırması hadisəsini pisləməyə çağırıb.

"Russia Today"-ə danışan Məscidül-Əqsa İmam Hatibi və Qüds Ali İslam Komissiyasının sədri Şeyx İkrime Səbri bildiriblər ki, ərəb və İslam media qurumları Ukrayna əsgərlərinin Qurani-Kərimi yandırması hadisəsini pisləməlidirlər.

O deyib ki: “Ukrayna Silahlı Qüvvələrinin əsgərləri bu hərəkəti ilə hədsiz fanatizm və nifrətlərini nümayiş etdirdilər. Bu, onların əxlaqsız fikirlərinin təzahürüdür”.

Xatırladaq ki, Ukrayna əsgərlərinin güllələrini donuz piyinə batıraraq “Müsəlman çeçenləri bunlarla vuracağıq” deməsi videosu sosial şəbəkələrdə böyük əks-səda doğurmuşdu. Bu hadisədən sonra bir neçə gün əvvəl “Tik Tok”da ukraynalı əsgərlərin Qurandan kəsmə taxtası kimi istifadə etməsi və Quranın üzərinə piy kəsməsi ilə bağlı görüntülər yayılıb.