Dağıntı arxasında dağıntı. Qoxu çox pisdur. Hər gün yüzlərlə insan kürək, dəmir çubuqlar və çılpaq əlləri ilə tonlarla dağıntının arasında axtarış aparır.
Onlar uşaqlarının cəsədlərini axtarır. Valideynlərinin. Qonşularının. Onların hamısı İsrailin raket hücumlar nəticəsində ölüb. Cəsədlər oradadır, sonsuz hektar qədər dağıntı altındadır.
İsrailin HƏMAS-a qarşı müharibəsinə beş həftədən artıqdır davam etdiyi bir vaxtda, bəzi küçələr indi daha çox qəbiristanlığa bənzəyir. Qəzza rəsmiləri deyir ki, onların heç diriləri lazımi qaydada axtarmaq üçün avadanlıq, işçi qüvvəsi və yanacaqları yoxdur, o ki qaldı ölüləri.
Oktyabrın 7-də İsraildə 1200 insanın ölümü ilə nəticələnən hücumun arxasındakı HƏMAS militant qrupunun bir çox bazası Qəzzanın sıx məskunlaşan məhəllələrində yerləşir. İsrail həmin istinadgahları hədəf alır.
Ancaq qurbanlar adətən adi fələstinlilərdir ki, onların çoxu hələ tapılmayıb.
Ömər Əl-Dəravi və onun qonşunları Qəzzanın mərkəzində iki dörd mərtəbəli binanın dağıntıları altında həftələrlə axtarış aparıblar. Həmin binadakı evlərdə 45 insan yaşayırdı. Onlardan 32-si həlak olub Hücumdan sonrakı ilk günlərdə 27 cəsəd tapılıb.
Hələ də itkin olan beş nəfər Əl-Dəravinin əmisi uşaqlarıdır.
Onlar arasında əri və dörd uşağı ilə birlikdə ölən 37 yaşlı ev xanımı Amani var. Bir digəri yaşlı valideynlərinin qayğısına qalan 28 yaşlı Aliyədir. 14 yaşlı qızı ilə birlikdə ölən bir başqa Amani var. Onun əri və beş oğlu sağ qalıb.
“Vəziyyət hər günü daha da pisləşir,” bir zamanlar jurnalistika üzrə təhsil alan tələbə olan 23 yaşlı biri deyir. Qoxu dözülməz həddə çatıb.
“Biz dura bilmərik,” o bildirir. “Biz” onların cəsədləri həmişəlik dağıntılar altında itib-batmadan “onları tapıb, dəfn etmək istəyirik.”
Fələstinli səhiyyə rəsmilərinin dediyinə görə, üçdə ikisi qadın və uşaq olmaqla, 11400-dən çox fələstinli ölüb. BMT-nin humanitar məsələlər üzrə ofisi təxminən 2700 insanın, o cümlədən 1500 uşağın, itkin düşdüyünü və dağıntılar altında qaldığını təxmin edir.
Axtarış xüsusilə də İsrail quru qüvvələrinin HƏMAS militantlarına qarş döyüşdüyü Qəzzanın şimalında, o cümlədən Qəzza şəhərində, xüsusilə çətindir. Yüz minlərlə insan döyüşlərdən qorxuduğu və İsrailin evakusaiy xəbərdarlıqları səbəbilə cənuba qaçıb. Ancaq cənubda belə, İsrailin davamlı hava hücumları və atəşi bu kiçik ərazidə heç bir yerin təhlükəsiz olmadığına işarə edir.
Qəzzanın əsas axtarış və xilasetmə qüvvəsi olan Fələstin Mülki Müdafiə idarəsinin müharibə başlayandan bəri 20-dən çox işçisi həlak olub, 100-dən çoxu yaralanıb. Bu barədə idarənin sözçüsü Mahmud Bassal məlumat verib.
O deyib ki, idarənin maşınlarının yarısından çoxu ya yanacaqsız qalıb ya da havadan zərbələr nəticəsində zədələnib.
Qəzzada minlərlə cəsəd dağıntılar altında qalıb