Xəbər mənbələri son 24 saatda İsrail rejiminin 17 əsgərinin yaralanması, 1 ədəd Merkava tankının məhv edilməsi və Qəzzə zolağında bu rejimin helikopterinə raket atılması barədə məlumat yayıb.
Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İsrail rejim mediası çərşənbə axşamı günü etiraf edib ki, bu rejimin 17 əsgəri son 24 saat ərzində Qəzzə zolağında yaralanıb və onlardan 4-nün vəziyyəti ağırdır.
Bununla bağlı sionist rejim ordusu bildirib ki, oktyabrın 7-də Əl-Əqsa Tufanı əməliyyatının başlanmasından indiyədək bu rejimin 3720 əsgəri döyüşlərdə ölüb.
Media həmçinin işğal altındakı Fələstinin şimalında Hizbullahın hücumları nəticəsində 6000 yerin və ticarət infrastrukturunun, eləcə də 650-dən çox yaşayış evinin zərər gördüyünü bildirib.
Mücahidlər Hərəkatının hərbi qanadı olan Mücahid Batalyonları bu gün yaydığı bəyanatda bildirib ki, SAM-7 raketinin atılması ilə sionist rejimə aid bir helikopter Qəzzə zolağının cənubundakı Rəfah şəhərinin hava məkanından qaçmaq məcburiyyətində qalıb.
Fələstinin Azadlığı Uğrunda Demokratik Cəbhənin hərbi qanadı olan “Şəhid əl-Qasim Qüvvələri” Fələstin Xalq Cəbhəsinin hərbi qolu olan “Şəhid Əbu Əli Mustafa” Batalyonlarının əməkdaşlığı ilə “Nətsarim” istiqamətində sionist rejim əsgərlərinin toplaşdığı yerə minaatanlarla zərbə endirməsi barədə məlumat verib.
Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Şəhid İzəddin Əl-Qəssam Batalyonları da bu gün yaydığı bəyanatda bildirib ki, bu hərəkatın döyüşçüləri Əl-“Yasin 105” raketi ilə Rəfahdakı Yabna düşərgəsində sionist rejim ordusuna məxsus bir ədəd Merkava tankını və bir ədəd ekskavatoru məhv ediblər.
Qəzzada 17 İsrail əsgər yaralandı