700 gündür İsrailin amansız hücumları və blokadasına məruz qalan Qəzza sektorunda dünyanın gözləri qarşısında müasir dövrün ən uzun və ən vəhşi faciəsi yaşanmağa davam edir.
İsrail 2023-cü il 7 oktyabrdan bəri Qəzza sektorunu soyqırımı, qətliam, dağıntı, məcburi köç, aclıq və susuzluqla yox etməyə çalışır.
İsrail ordusu Qəzza sektorunun mülki infrastrukturu xarabalığa çevirməkdədir – bölgənin 88 faizi yerlə bir edilib. İsrail ordusu fələstinli qaçqınları məcburi köçə məruz qoymaqla yanaşı, onların sığındıqları yerləri də amansızcasına vurmağa davam edir.
İsrail bu günədək Qəzzada 38 xəstəxana, 833 məscid və 163 təhsil ocağını tam şəkildə məhv edib, minlərlə quruma isə ağır zərər vurub.
Qəzzada aclıq davam edir
Qəzza sektorunun Səhiyyə Nazirliyi və Hökumətinin məlumatına görə, bölgədə 1 milyondan çox uşaq qida çatışmazlığından əziyyət çəkir.
1 yaşınadək olan 40 min körpə şiddətli aclıqdan əziyyət çəkir və bu vəziyyət onların arasında ölümlərin artmasına səbəb olur.
Hesablamalar göstərir ki, Qəzzada xalqın ehtiyaclarını qarşılamaq üçün gündəlik 7,5 milyon yemək porsiyası və ən azı 600 yardım tırının bölgəyə daxil olması lazımdır.
BMT-nin məlumatına görə, Qəzza xalqının 33 faizi günlərdir aclıqdan əziyyət çəkir.
Beynəlxalq qurumlar Qəzzada qıtlıq elan ediblər.
Sözün əsl mənasında insani fəlakətin yaşandığı Qəzzada uşaqlar başda olmaqla əhali arasındakı aclıq ölümləri artmağa davam edir. Belə ki, təkcə rəsmi rəqəmlərə əsasən, artıq 135-i uşaq olmaqla 382 qəzzalı aclıqdan həyatını itirib. Qeyri-rəsmi mənbələrə görə isə, real rəqəm dəfələrlə çoxdur.
Bununla belə, İsrail Qəzzanı hərtərəfli mühasirə altında saxlamağa davam edərək humanitar yardımların regiona girişinə icazə vermir.
“Qəzza beynəlxalq ictimaiyyətin saxtakarlığını üzə çıxartdı”
Qəzzada min-bir əzab-əziyyətlərlə fəaliyyət göstərən jurnalistlər Qəzza sektorunda İsrail tərəfindən soyqırımına məruz qalan və aclıqla mübarizə aparan Fələstin xalqının acılarını sənədləşdirməyə və ictimailəşdirməyə davam edir.
Yerli jurnalist İslam Bədr deyib ki, qəzzalı media işçiləri İsrailin 700 gündür davam etdirdiyi hərbi cinayətlərini dünya əhalisinə çatdırırlar.
“İsrail ordusu 700 gündür ki, fələstinlilərə qaşrı böyük bir qətliam həyata keçirir. Bu soyqırımı İsrailin əsl üzünü göstərdi, həmçinin bu soyqırımı uşaqları və qocaları əldən salan aclıq və tökülən qan müqabilində dünyanın mövqeyini də göstərdi. Qəzza beynəlxalq ictimaiyyətin saxtakarlığını ortaya qoydu”, – deyə o qeyd edib.
O, Qəzzanın diz çökməyəcəyini və xalqın mübarizəsi ilə sonda qələbə qazanacağını bildirib.
Qəzzanın Mülki Müdafiə İdarəsi: Minlərlə insan hələ də dağıntılar altındadır
Mülki Müdafiə İdarəsinin rəsmisi Mahmud Bəsəl dünya ölkələrinə səslənərək deyib ki, “biz 700 gündür ölürük, qətlə yetirilirik. Qorxu, ölüm və aclıqla mübarizə aparan Qəzza ağrılı-acılı günlər yaşamaqdadır”.
“Minlərlə ailə hələ də dağıntılar altındadır, minlərlə insan itkin düşmüş yaxınlarından xəbər gözləyir, hər kəsin ən böyük arzusu müharibənin sona çatması xəbəri ilə oyanmaqdır”, – deyə o əlavə edib.
O bildirib ki, günahsız və dinc fələstinlilər hər günü yeni dərdlərlə, ağrı-acılarla açır, İsrailin davam edən təcavüz və vəhşilikləri yaşayış üçün yararlı ərazilərin hər gün daha da daralmasına və məhdudlaşmasına səbəb olur.
Qəzzadakı səhiyyə ilə bağlı vəziyyət də ağırdır
Bölgədəki səhiyyə sektorunun rəsmisi İsam Əbu Əcvə də 700 gündür davam edən bombardman, dağıntılar, məcburi köç və aclığın fonunda dünyaya səslənib.
“Sağlamlıq vəziyyəti olduqca ağırdır. İşğalçı İsrail qüvvələrinin xarabalığa çevirdiyi yerləri yenidən bərpa etmək lazımdır. Yanacaq, dərman və tibbi ləvazimatların Qəzzaya girişinə icazə verilməsini və sərhəd keçidlərinin açılmasını tələb edirik”, – deyə o bəyan edib.
Xatırladaq ki, İsrail Qəzzada indiyədək ən azı 64 368 günahsız fələstinlini qətlə yetirib, 162 367 nəfəri isə yaralayıb. Ölənlər və xəsarət alanların böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.
Qəzza soyqırımı 700-cü günündə!