Qəzza İslam dünyasının daxilində silkələnmə yaradacaq

Qəzza hadisələri, fələstinlilərin inadlı müqaviməti İslam dünyasının daxilində silkələnmə yaradaraq, ideoloji oyanışın və yeni bir başlanğıcın əsasını qoyacaq, əmin olun!

Çünki bu hadisələrə baxış və yanaşma həm də İslam coğrafiyasındakı insanları və dövlətləri bir-birinə tanıtma əlaməti, nişanəsi sayılacaq.

Baxın, dünənədək nə qədər dövlət, yaxud elə öz ətrafınızda nə qədər insan tanıyırdınız ki, “həqiqi islamçı bizik, haqq məzhəb bizimkidir” şüarıyla yaxa cırır, təriqətlər, məktəblər qurur, İslam ümmətini qorumaqdan, onun maraqları üçün çarpışdıqlarından danışır, camaata, xalqlara və ölkələrə “doğru yol” göstərməyə çalışırdılar. İndi isə onların əksəriyyəti Qəzzaya köməkdən yayınmaq üçün bəhanə arayışındadılar, Kufə əhlitək susublar – qurbağa gölünə daş atılıb, sanki!

Uzun əsrlərin məzhəb didişmələrindən bezmiş sadə bir müsəlman ailəsi müasir texnologiyaların da köməyindən yararlanıb araşdırma aparmaqla, indi çox yaxşı görür ki, bir tərəfdə səlibçi-sionist düşüncənin hakim olduğu ABŞ-İsrail ittifaqının birləşmiş gücü altında əzilən, qanı tökülən kiçicik bir Qəzza torpağı var, o biri tərəfdə də qəzzalıları – köməksiz vəziyyətdə qalmış müsəlman körpələri, qadın və qocaları xilas etməyə yürüyən mücahidlərin yolunu kəsən, o səlibçi-sionistlərlə eyni cinahda yer alan böyük bir “ərəb şeyxləri” ölkələri.

Qəzzalıları xilas etmək üçün İsrail tərəfə atılan raketləri hazırda “Dəmir Qübbə”dən daha çox, müsəlman torpaqlarında yerləşmiş ABŞ hərbi bazaları, onların hava-hücumundan müdafiə sistemləri çox rahatca zərərsizləşdirir, beləcə, İsrailə şərait yaradılır ki, arxayın şəkildə HƏMAS-la mübarizəsini sona çatdırsın, Qəzzanı dünya xəritəsindən silsin...

Xəritəni açın, qoyun qarşınıza və diqqətlə baxın: Qəzza hər tərəfdən - həm sudan, həm qurudan, həm də havadan ABŞ-İsrail ittifaqının və onların müsəlman əbalı kölə şeyxlərinin ordularının tam mühasirəsində, hədəfindədir!

Bu, sizə heç nəyi xatırlatmır?! Yaddaşınızı təzələyin və Həzrəti Əlinin məşhur kəlamını xatırlayın: “... Həmin o qarışıq zaman çatanda, Şərin oxlarını izləyin! Şərin oxları hara yönələcəksə, bilin ki, gerçək müsəlmanlar oradadır”.

Qəzzada Şərin qarşısında tək-tənha qalmış həqiqi müsəlman qardaş-bacılarımıza qadir Allah özü kömək olsun!

 

Elxan Şükürlü