Qubad İbadoğlunun sağlıq durumu pisləşir

"Həbsdə olan müxalifətyönlü siyasətçi və iqtisadçı alim Qubad İbadoğlunun səhhətindəki problemlər daha da ağırlaşıb. Bu barədə Turan-a onun qardaşı Qalib Bayramov noyabrın 30-da vəkillər istintaq təcridxanasında siyasətçiyə baş çəkdikdən sonra bildirib.
“Qanda şəkərin səviyyəsi normallaşmır, baxmayaraq ki, ona çox yüksək dozada insulin təyin edilib. Londondakı həkimlər də xəbərdarlıq etmişdilər ki, insulinin dozasının yüksək olması onda aritmiya yarada bilər. Hazırda elədir. Onun ürək döyüntüsü dəqiqədə 100- dən aşağı düşmür”, - o deyib.
Vəziyyətin ağırlaşmasına baxmayaraq, İbadoğlunu müalicə müəssisəsinə köçürmürlər. Oktyabrın ortalarında aparılan müayinə və analizlərin nəticələrini də ona vermirlər.
“Bel ağrıları daha da şiddətlənib. Ona demişdilər ki, bu həftənin əvvəlindən fizioterapeya təyin edəcəklər. Ancaq elektroforez ilə kifayətləndilər ki, bu da kömək etmir”, - Bayramov sözlərinə davam edib".
 
 
 
 
 
Bütün reaksiyalar