Qırmızı dənizdə üzən İsrail gəmilərini hədəf alacağıq

Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husi Yəmən xalqına etdiyi çıxışda gündəmdəki son hadisələri dəyərləndirib.

Cihad məfhumunun əhəmiyyətinə toxunan Əl-Husi deyib: “Cihad olmasaydı, İslam ümməti alçaldılacaq, nifrət ediləcək və düşmənlərinə baş əyməyə məcbur olacaqdı. İslam ümmətinin güclü olması, üzərinə düşən vəzifələri yerinə yetirə bilməsi və özünü müdafiə edə bilməsi çox vacibdir. İslam ümmətinin susması, həmrəylik və cihad ruhunun olmaması İslam ümmətinin nüfuzunun zədələnməsinə və müstəqilliyinin itirilməsinə səbəb olacaq”.

Ənsarullah lideri bildirib ki, bir milyarddan çox müsəlman Fələstin xalqının 70 ildən artıqdır yaşadığı böyük fəlakətlərə qarşı qəti mövqe nümayiş etdirməyib. Sionistlərin Qəzza zolağında soyqırım törətdiyini açıqlayan Əl-Husi, “Qəzza Ərəb-İsrail cəbhəsinin blokadası ilə üz-üzədir və Fələstinin qonşu ölkələri Qəzzaya ərzaq, tibbi dərman və humanitar ehtiyacların çatdırılması üçün ciddi səy göstərmirlər"  bildirib.

O: “Yəmən Ordusu Hava Qüvvələri İsrailin düşmən hədəflərinə qarşı çoxlu İHA əməliyyatları həyata keçirib. Raket və İHA əməliyyatlarımız davam edəcək. İşğal olunmuş ərazilərdən kənarda da sionist hədəflərə qarşı əməliyyatlar keçirməyi planlaşdırırıq. Allahın izni ilə Qırmızı dənizdə üzən düşmən İsrailə məxsus gəmiləri hədəfə alacağıq” - deyə əlavə edib.