Ötən həftə ABŞ dövlət katibi Antoni Blinken qanunvericilərdən ibarət kiçik qrupa xəbərdarlıq edib ki, onun idarəsi tezliklə Azərbaycanın Ermənistana girə biləcəyini mümkün sayır.
Bu xəbəri Vaşinqton mərkəzli Politico məcmuası iki konqresmenə istinadən yazıb.
Oktyabrın 3-də telefon danışığı zamanı konqresmenlər Blinkendən Qarabağda hərbi əməliyyata görə Bakıya qarşı mümkün tədbirlərin görülməsini tələb ediblər.
Politico-nun xəbərinə görə, Blinken bildirib ki, Dövlət Departamenti ABŞ-ın Bakıya hərbi yardım göstərməsinə imkan verən sazişi (907-ci düzəliş) yeniləməyəcək.
O həmçinin bildirib ki, "yaxın həftələrdə Azərbaycanın Ermənistanın cənubuna hücumunu mümkün hesab edir", - nəşr yazır.
Bununla belə, Ermənistanla Azərbaycan arasında davam edən diplomatik danışıqlara əminliyini ifadə edib.
ABŞ Dövlət Departamenti Politico-da dərc olunan bu xəbəri şərh etməkdən imtina edib, lakin qurumun "Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə", münaqişənin "birbaşa danışıqlar" yoluyla həllinə sadiq olduğunu qeyd edib.
Politico məcmuasına müsahibə verən prezidentin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev Azərbaycanın Ermənistan ərazisinə hər hansı iddiasının olmasını rədd edib.
«Azərbaycan hüquqi, tarixi və mənəvi cəhətdən bizim olanı “antiterror” əməliyyatı ilə bərpa edib və ermənilərin ərazilərinə girmək niyyətində deyil", - o əlavə edib.
“Politico”: Blinken Azərbaycanın Ermənistana girməyə hazırlaşdığını deyib