Paksitanın Əfqanıstanla həmsərhəd bölgəsində tayfalar arasında baş vermiş insidet son bir neçə gündə ən azı 200 nəfərin ölümünə və yaralanmasına səbəb olub.
Pakistan mətbuatına istinadən verilmiş məlumata görə, Pakistanın şimal-qərbində yerləşən Kürrəm qəbilə yaşayış məntəqələrində iki qəbilə arasında baş verən qarşıdurma səbəbindən son bir neçə gündə təhlükəsizlik vəziyyəti yenidən gərginləşib.
Hazırda bütün bu ərazilərdə fövqəladə vəziyyətin elan edildiyi və təhlükəsizlik xidmətinin komendant saatı tətbiq etdiyi bildirilir.
Pakistan mediasının məlumatına görə, şiələrin məskunlaşdığı Paraçinar bölgəsində baş verən bu toqquşmalarda indiyədək 35 nəfərin öldüyü, 170-ə yaxın adamın yaralandığı bildirilir.
Pakistan mediası həmişə qəbilə bölgələrində, xüsusən də Pakistanın Paraçinar şəhərində torpaq üzərində qəbilə mübahisələri ilə bağlı münaqişələrin baş verdiyini bildirsə də ölkənin bir çox şiə liderləri son bir neçə gündə ayrı-ayrı bəyanatlarında bu münaqişələrin dini ekstremistlərin Paraçinar bölgəsinin şiələrinə təzyiq etmək üçün hazırladıqları terror hücumlarının nəticəsi kimi qiymətləndirmiş və münaqişələrin tayfalar arsında, torpaq üstündə yaranması kimi yanaşmanı kəskin şəkildə pisləyiblər.
Pakistan Müsəlman Birliyi Partiyasının rəhbəri senator Raca Nasir Abbas Cəfəri verdiyi açıqlamada təkfirçi qrupların Paraçinarda şiə bölgələrinə hücumlarını pisləyərək, ölkənin hökumət və təhlükəsizlik qurumlarından qəbilələrin yaşadığı bölgələrdə təhlükəsizliyin təmin edilməsi üçün mümkün qədər tez təcili tədbirlər görmələrini istəyib.
Pakistanda şiələr əleyhinə terror hücumu nəticəsində 35 nəfərin şəhid olduğu bildirilir