Ötən gündən Prezident Administrasiyasının qarşısında başlayan oturaq aksiya hələ də davam edir

İyulun 26-da qeyri-döyüş şəraitində ölən hərbçilərin yaxınları Prezident Administrasiyasının qarşısında oturaq aksiyaya başlayıblar.

Məlumatı Operativtv.com Toplum TV-yə istinadən xəbər verir. Məlumata görə ötən gün başlayan oturaq aksiya hələ də davam etməkdədir.  

Aksiya iştirakçıları qeyri-döyüş şəraitində həlak olan hərbi qulluqçulara şəhidlik statusunun verilməsini, həmçinin onların ölümündə təqsirkar olanların cəzalandırılmasını tələb edirlər.

Aksiyada I və II Qarabağ müharibəsində, həmçinin Aprel döyüşlərində iştirak edən hərbi qulluqçuların ailə üzvləri, qohumları və digər yaxın qohumları iştirak ediblər.

Onların Toplum TV-yə verdikləri məlumata görə, Administarsiyanın qarşısında oturmaqla Prezidentin yolunu gözləyirlər. "Prezident işdən çıxanda bəlkə bizimlə görüşdü", - aksiya iştirakçılarından biri açıqlamasında bildirib.

Oturaq aksiyaya polis müdaxilə etmir.