ABŞ-ın “Nyu-York Tayms” qəzetinin poeziya redaktoru Enn Boyer işğalçı İsrailin Qəzzada davam edən qətliamına etiraz olaraq istefa verib.
Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, jurnalist daha yalanlar haqda yazmayacağını deyib.
“İsrailin ABŞ-ın dəstəklədiyi Qəzza xalqına qarşı müharibəsi heç kimə fayda vermir”, - Boyer bildirib.
Onun sözlərinə görə, bu müharibədə İsrail, ABŞ, Avropa, xüsusilə yəhudi xalqı üçün heç bir təhlükəsizlik yoxdur:
“Bu müharibə yalnız neft və silah istehsalçılarının ölümcül qazanclarına xidmət edir”.
Boyer istefa məktubunda bunları söyləyib:
“Dünyamız, gələcəyimiz, qəlbimiz bu savaşa görə getdikcə kiçilir. Bu, təkcə raketlər və torpaq işğalı müharibəsi deyil. Bu, onilliklər boyu işğala, məcburi köçkünlüyə, məhrumiyyətlərə, nəzarətlərə, mühasirələrə, həbslərə və işgəncələrə müqavimət göstərən Fələstin xalqına qarşı müharibədir”.
Jurnalist məktubunu belə bitirib:
“Bizi bu məntiqsiz iztirab iqliminə alışdırmağa yönəlmiş “məqbul tonlar”da şeir yaza bilmərəm. Artıq iyrənc evfemizmlər yoxdur. Artıq sözlərlə təmizlənmiş cəhənnəm mənzərələri yoxdur. Artıq müharibə qızışdıran yalanlar yoxdur. Bu istefa xəbər aləmində şeir boyda boşluq buraxırsa, anın əsl şəkli budur”.
“Nyu-York Tayms”ın redaktorunun şok istefa məktubu - “Artıq yalan yazmayacam”