Ənsarullah hərəkatının siyasi ofisinin üzvü Əli əl-Kəhhum Ər-Riyadla danışıqların davam etdirilməsini vurğulayıb.
Əli əl-Kəhhum Ər-Riyadla danışıqların davam etdiyini və Oman vasitəçiliyi ilə irəliləyiş əldə etməyə çalışdığını bildirib. Əl-Mayadeen-ə verdiyi müsahibədə, danışıqlar humanitar işlərdə durğunluq hava limanlarının, limanların yenidən açılması və işçilərin maaşlarının ödənilməsi ilə bağlıdır.
Əl-Kəhhum həmçinin bildirib ki, Səudiyyə Ərəbistanı təcavüzkar ərəb koalisiyasının rəhbərliyini öz üzərinə götürüb və bu ölkənin sülh tərəfdarı olmasının vaxtı çatdığını deyib.
Keçən aprelin sonunda Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bildirmişdi ki, Ər-Riyad danışıqlar qrupu Sənaya səfəri zamanı rəsmi şəxslərlə görüşüb və humanitar vəziyyət, bütün məhbusların azad edilməsi ilə bağlı ciddi, dərin və şəffaf müzakirələr aparıb.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası 2015-ci ilin aprelində Yəmənin istefa vermiş prezidenti Əbdrabbu Mənsur əl-Hadini yenidən hakimiyyətə gətirmək bəhanəsi ilə ölkəyə hücum edərək, xalqına çoxlu itki və tələfat verib. Bu müharibədə yüz minlərlə yəmənli həyatını itirib, bu ölkənin iqtisadiyyatına on milyardlarla dollar ziyan dəyib.
Ənsarullah: Səudiyyə Ərəbistanı ilə danışıqlar davam edir