BMT aclıq səviyyəsinin durmadan artdığını deyir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərüffatı Təşkilatı 2018-ci ilin sentyabrında bəyan edib ki, dünyadakı aclıq səviyyəsi son 3 ildə ardıcılıq olaraq qalxıb. 
 
Açıqlamada deyilir ki, kifayət qədər bəslənməmiş insanların sayı 2016-cı ildə 804 milyon olduğu halda, 2017-ci ildə bu rəqəm 821 milyona qalxıb. 
 
Bəzi regionlada baş verən qeyri-sabitlik, iqtisadi vəziyyətin düşməsi, iqlim dəyişiklikləri dünyada yaranan bu vəziyyəti izah etməyə kömək edir.
 
Xüsusi ilə Cənubi Afrika və Afrikanın qalan ərazilərində vəziyyət daha da pisləşir.
 
Araşdırmalar isə göstərir ki, Afrikada əhalinin 21%-i , yəni 256 milyondan çox insan aclıqdan və yaxşı qidalana bilməməkdən əziyyət çəkir. Cənubi Amerikada da vəziyyət oxşardır, aclıq faizi burada 2014-cü ildən 2017-ci ilə qədər 4,7% -dən 5% -ə qalxıb. 
 
Asiyada da aclığa qarşı mübarizə zəifləməkdədir. 
 
BMT heabatlarına görə, dünyada 833 milyon insan kifayət qədər qidalana bilmir və il ərzində 10 milyondan çox insan aclıqdan vəfat edir. 
 
BMT  Baş Assambleyasının elan etdiyi Dayanıqlı İnkişa Məqsədləri adlanan 17 məqsəddın ikincisi aclığa son qoymaqdır. 
 
Burada əsas hədəf 2030-cu ilədək aclığa son qoymaq və hamının, xüsusən də körpələrin və yoxsul qrupların il boyu təhlükəsiz, qidalı elementlərlə zəngin və yetərli miqdarda ərzağa çıxışını təmin etməkdir. Lakin indiki statistik göstəricilərlə 2030-cu ilə qədər bu hədəfə çatmağın mümkün olmayacağına görə BMT-nin özündə  də ciddi narhatlıq var. 
 
2018-ci il Qlobal Aclıq İndeksində Azərbaycan 119 ölkə arasında arasında 40-cı yeri tutur. 
 
Hökumət bu sahədə ciddi problemin olması ilə bağlı tənqidləri qəbul etmir.