İsrailin Qəzzaya zərbələrində uşaqlar daxil şəhid olanlar var

İsrail Qəzza zolağının şimalında yerləşən Beyt Lahiya bölgəsində mülki şəxslərin toplaşdığı əraziyə hava zərbəsi endirib. Hücum nəticəsində azı 5 fələstinli həyatını itirib.

Məlumata görə, şəhid olanların 3-ü uşaqdır. Yaralıların sayı isə çoxdur və onların bir qisminin vəziyyəti ağır qiymətləndirilir.

Qəzza şəhərinin qərbində yerləşən Şifa Xəstəxanası rəsmiləri bildiriblər ki, hücumdan sonra meyitlər və yaralılar təcili şəkildə tibb müəssisəsinə çatdırılıb.

Şahidlərin sözlərinə görə, zərbə sionist rejimə məxsus pilotsuz uçuş aparatı tərəfindən endirilib. Hədəf isə bölgədə yerləşən Kassam məscidinin həyətində toplaşan mülki şəxslər olub.

Hadisə 10 oktyabr 2025-ci ildən qüvvədə olan atəşkəs razılaşmasının növbəti pozuntusu kimi qiymətləndirilir. Qəzzadakı rəsmi qurumlar bildirir ki, qatil rejim bu müddətdə minlərlə pozuntuya imza atıb.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına əsasən, atəşkəsin pozulması nəticəsində indiyədək yüzlərlə fələstinli şəhid olub, minlərlə insan yaralanıb.

2023-cü ildən bəri davam edən hücumlar nəticəsində Qəzzada:

on minlərlə insan şəhid olub

yüz minlərlə insan yaralanıb

infrastrukturun böyük hissəsi məhv edilib

Humanitar vəziyyət ağırlaşır

Beynəlxalq qurumlar bölgədə humanitar böhranın dərinləşdiyini bildirir. Əhali həm hücumlar, həm də blokada səbəbindən ağır şəraitdə yaşayır.