"Barsa"dan növbəti qələbə

İspaniya La Liqasında XXXIII turun oyunları davam edir. 

Lider "Barselona" çempionluq yolunda növbəti 3 xalını qazanıb. 

Doğma meydanda "Selta Viqo"nu qəbul edən kataloniyalılar matçdan 1:0-lıq qələbə ilə ayrılıb. Görüşdə yeganə qolu Lamin Yamal vurub. 

Xallarının sayını 82-yə yüksəldən "Barsa" turnir cədvəlinin vahid lideridir. 

Ən yaxın izləyicisi "Real Madrid" 73 xalla 2-ci pillədə qərarlaşıb.