Yanvarın 15-də Qırmızı Xaç Komitəsi ofisinin əməkdaşları 13 saylı cəzaşəkmə müəsisəsində aclıq edən məhbuslar İlkin Rüstəmzadə, Əhsən Nuruzadə, Bayram Məmmədli və Elçin İsmayıllıya baş çəkiblər.
Bu barədə Turan agentliyinə hüquq müdafiəçisi Öqtay Gülalıyev məlumat verib.
Onun sözlərinə görə, Qırmızı Xaç Komitəsinin işçiləri həmin məhbusların saxlanma şəraiti ilə tanış olublar.
Onlar müəsisə rəhbərliyinə tövsiyə ediblər ki, aclıq edənləri digər məhbuslardan ayırsınlar və onlar həkim nəzarətinə götürülsün, ailə üzvləri ilə ünsiyyət üçün şərait yaradılsın.
Hazırda məhbus həyatı yaşayan Mehman Hüseynova qarşı azadlığına iki ay qalmış qarşı yeni cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə təqsirləndirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Yeni cinayət işinə etiraz əlaməti olaraq Mehman Hüseynov aclıq elan edib. Sonradan bu aksiyaya ictimai fəallar, siyasətçilər və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslər də qoşulublar.
Qırmızı Xaç Komitəsinin nümayəndələri aclıq edən məhbuslara baş çəkiblər
Oxşar xəbərlər