Bakı merinin qardaşına yüksək vəzifə verildi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovun vəzifəsini yüksəldib.
 
Unikal.org-a istinadən xəbər verilir ki, Sahil Babayevin müvafiq əmri ilə,  Aydın Əzizov Bakı şəhərində yeni yaradılan 5 tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal, Nəsimi rayonları üzrə baş müdiri təyin edilib. 
 
Xəbəri Aydın Əzizov təsdiqləyib.
 
Qeyd edək ki, bundan əvvəl A.Əliyev Səbail rayonun tibbi-sosial ekspert komissiyasının müdiri vəzifəsində çalışırdı.