Sabah Bakıda "Jara-2018” beynəlxalq festivalı başlayır.
Xezerxeber.az-ın məlumatına görə, açılış mərasimində Monatik, Qriqori Leps, Ani Lorak, Loboda, Emin, A`Studio, Dima Bilan, Sergey Lazarev, Qlyuk'oza, Qradusı kimi məşhur musiqiçilərin iştirakı ilə qala-konsert olacaq.
Lakin son günlər sosial şəbəkələrdə festivalla bağlı əks kampaniya başlayıb. Məsələnin mahiyyətindən xəbəri olan da, olmayan da qaralama kampaniyasına başlayıb.
Müğənni Zaranın milli mənsubiyyətinə görə Azərbaycana gəlməsi və festivalda çıxışının yolverilməzliyi fikri irəli sürülür. Baxmayaraq ki, Azərbaycan bütün dünyada tolerant, bütün dini və milli azadlıqların təmin edildiyi ölkə kimi tanınır...
Əvvəla ondan başlayaq ki, Zara erməni deyil, Ermənistanda anadan olub, Rusiya vətəndaşıdır və milliyyətcə yezidi kürdüdür.
Ermənistanda bir nəfər azərbaycanlı qalmadığı halda, ölkəmizdə 30 min erməni əsilli vətəndaş yaşayır. Azərbaycanın torpaqlarının işğalında iştirakçı olmayan, Azərbaycan xalqına qarşı cinayət törətməyən, dinc həyat tərzi sürən hər hansı erməni əsilli şəxsin ölkəmizə gəlməsi niyə yolverilməz hesab olunmalıdır? Əgər biz bir erməni əsilli şəxsə görə bu qədər sərt mövqe ortaya qoyuruqsa, dünya necə inana bilər ki, sabah Dağlıq Qarabağ Azərbaycana qaytarılarsa, biz ermənilərlə birgə yaşaya, onların təhlükəsizliyini təmin edə bilərik...
Əgər Zara Ermənistana səfərlər edib, həmin ölkəni tərifləyir və təbliğ edirsə, nəyə görə onun Azərbaycana gəlib bizim ölkəmiz haqqında xoş fikirlər səsləndirməsinə şərait yaradılmamalıdır? Nəyə görə o və digər məşhur sənətçilər Bakıdakı, bölgələrdəki inkişafı görməməlidir?
Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti və xalqı heç bir ölkəni və ya xalqı, o cümlədən də erməniləri özünə düşmən hesab etmir. Həm ermənilər, həm də azərbaycanlılar eyni coğrafiyanı bölüşürlər və gələcəkdə də dinc yaşamağa məhkumdurlar. Azərbaycanın düşməni erməni xalqı deyil, erməni milliyyətçiliyinin və şovinizminin ideoloqları, Ermənistanın xunta və terrorçu rejimidir. Erməni xalqı da bu dairələrin girovudur və bundan əziyyət çəkir.
Heç kimin şübhəsi olmasın ki, bu gun musiqidə qazanılan uğurlar sabah hərb meydanında davam etdiriləcək.
"Zara erməni deyil" - Xəzər TV - Video

Oxşar xəbərlər