Bakı-Sumqayıt avtomobil yolundan tıxaca səbəb olan təmir işləri artıq tam yekunlaşmaq üzrədir. Əvvəlcə onu qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə sadə vətəndaşlar, ictimai şəxslər Bakı-Sumqayıt yolunda Xırdalan dairəsinədək olan ərazidə aparılan təmir işlərindən narazılıqlarını bildirirlər.
Bəzi şəxslər qeyd edirlər ki, yolda təmir işləri gecə saatlarında aparılmalı idi. Digər qisim isə hesab edir ki, yolun ümumiyyətlə, təmirə ehtiyacı olmayıb.
Bakı-Sumqayıt yolunda son durumla bağlı məlumat və eyni zamanda səslənən fikirlərə münasibət almaq üçün Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq.
A.Nəcəfli musavat.com-a bildirdi ki, ərazidə artıq tıxaca səbəb olan təmir işləri yekunlaşıb: “Təmir işləri artıq tam olaraq bitmək üzrədir. Posta qədər olan hissədə təmir işləri yekunlaşıb. Sabaha qədər isə işlər tamamilə bitəcək. Haqqında danışılan tıxac artıq çoxdan aradan qalxıb. Ötən həftənin şənbə günü səhər saatlarından etibarən tıxaca səbəb olan hissədə işlər yekunlaşıb. İnsanların fikrilərinə gəlincə isə deyim ki, sanki hər kəs yol mühəndisidir. İnsanların dedikləri kimi yolda təmir işlər gecə saatlarında aparıla bilər. Sadəcə olaraq yolun çəkilişini aparan, asfalt döşəyən texnika lazerlə işləyir. Gecə saatlarında iş aparılarsa, ola bilər ki, müəyyən hissələrdə problem yaransın. Ona görə də işlər əsasən günün işıqlı vaxtlarında aparılır ki, yolda asfalt döşənməsi işi düzgün aparılsın. Gecə də projektorlarla iş aparmaq olar. Ancaq bu, o demək deyil ki, gecə işlənilən yol, səhər saatlarında açılacaq. Onsuz da gecə iş aparılsa belə, səhər o yolun istifadəyə verilməsi mümkün deyil. Çünki asfalt yeni vurulub. Bunun soyuması, kipləşdirilməsi və xətlənməsi məsələsi var. Biz onsuz da yolun təmirini iki növbəli şəkildə-həm gündüz, həm də gecə saatlarına qədər aparırdıq. Belə ki, gündüz saat 11-12-yə qədər asfalt vurulurdu. Bu iş yekunlaşdıqdan sonra onun kipləşməsi və soyuması prosesi başlayırdı. Səhəri günü isə xətlənmə işi aparılırdı. Ona görə də həmin yolda gedən işlər 3 gün ərzində yekunlaşdı”.
A.Nəcəfli bildirib ki, təmir işlərini aparan mütəxəssislər bütün nüansları nəzərə alıblar: “Bütün məsələlərin hamısını nəzərə almışıq. Ərazidə mühəndislər işləyirlər və onlar yol sahəsində artıq həyatlarının əksər hissəsini qurban veriblər. Yəni onlar hər şeyi hesablayıb, sonra qərar verirlər. Biz də istərdik ki, heç kim əziyyət çəkməsin, insanlar yollarda qalmasınlar. Ümumiyyətlə, heç bir qurum istəməz ki, onun adına hər hansı vətəndaş neqativ fikir səsləndirsin. Fakt odur ki, biz qurum olaraq çalışdıq ki, işlər tez bir zamanda yekunlaşsın və söz-söhbətlər tez aradan qalxsın”.
Deputatların çıxışlarına gəlincə isə Anar Nəcəfli aşağıdakıları bildirdi: “Gərək insanlar daim yolda işləyən yol mühəndisi olsunlar ki, orada hansı prosesin getdiyini daha dərindən bilsinlər. Fikirlər bildirildi ki, yolda heç bir çat yox idi. Asfalt-beton örtüyünün aşınma qatı deyilən bir anlayış var. Həmin aşınma qatının qalınlığı 5 santimetrdir. İntensiv hərəkət nəticəsində istər-istəməz bu qat aşınır. Aşınma o həddə çatır ki, artıq alt layda problem yaranır. Yolda üç lay olur. Bunlar alt lay, üst lay və aşınma qatıdır. Alt laylar o qədər də yağışa, təsirə dözümlü deyil. Üst lay ona görə vurulur ki, yağış suyunu kənarlaşdırsın və hopmağa qoymasın. Ancaq aşınma baş verən zaman yolda artıq deformasiyalar başlayır. Alt layda problem yaranan zaman isə yollar daha uzun müddətə bağlanır və əsaslı şəkildə yenidən qurma işləri aparılır. Bu olmasın deyə, cari təmir işlərinin aparılması yəni 5-6 ildən bir aşınma qatının yenilənməsi mütləqdir. Bu qat yenilənməsə, daha ciddi problemlər yaşana bilər. Məsələ də elə budur. Doğrudur, mən də yol mühəndisi deyiləm. Ancaq sizə burada çalışan mühəndislərdən öyrəndiklərimi deyirəm”
Bakı - Sumqayıt yolunda təmir sabah bitir

Oxşar xəbərlər