ABŞ başda olmaqla Beynəlxalq Koalisiya Qüvvələri Deyr əz-Zor əyalətində Haccin şəhərinə ağ fosforlu bombalarla aviazərbələr endirib. Bu barədə Suriyanın Ikhbariya telekanalı xəbər verib.
Məlumatda qurbanların sayı dəqiqləşdirilməyib, çoxsaylı yaralıların olduğu vurğulanıb.
Qeyd edək ki, koalisiya mütəmadi olaraq Həccin şəhərinə və yaxınlıqdakı məntəqələrə aviazərbələr endirir. Yerli KİV dəfələrlə bu bombardmandan dinc sakinlərin öldüyü xəbərini bildiriblər. Təkcə ötən həftə Əl-Bukaan kəndinin 40 sakini bombardmanın qurbanı olub.
Rəsmi Dəməşq öz növbəsində BMT-yə müraciət edərək tədbirlər görməsini və koalisiyanın ölkə ərazisinə qeyri-qanuni girişini dayandırmasını tələb edib.
ABŞ Suriyada fosforlu bombalardan istifadə edib

Oxşar xəbərlər