Efiopiya tarixində ilk dəfə qadın prezident seçilib.
BBC Efiopiya Baş naziri Administrasiyasının başçısı Fitsum Areqaya istinadən xəbər verir.
"Parlamentin hər iki palatası səfir Sahle-Vork Zevdeni dövlət başçısı seçib. Bu şəxs müasir Efiopiyanın tarixində bu vəzifəyə seçilən ilk qadındır”, - o vurğulayıb.
Parlamentin hər iki palatası 2013-cü ildən ölkəyə rəhbərlik edən Mulatu Teşomenin istefasını qəbul edib. Efiopiya Konstitusiyasına əsasən, parlement prezidenti 6 illiyə seçir. O, bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz. Prezident daha çox təmsilçilik funksiyasını yerinə yetirir. Efiopiyada real hakimiyyət Baş nazirə məxsusdur.
Efiopiyada ilk dəfə qadın prezident seçilib
Oxşar xəbərlər