“Azərenerji” ASC-nin Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İES-də baş verən qəza ölkənin Rusiyadan qaz idxalına səbəb olub.
Oxu.Az xəbər verir ki, qəza baş verdikdən sonra “Azərenerji” Rusiya elektrik şəbəkəsi ilə paralel işləməyə başlayıb.
ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlının açıqlamasına görə, bu gün saat 21:00-a qədər “Azərbaycan” İES-in daha 2 enerji bloku işə düşəcək:
“Bununla da fəaliyyət göstərəcək blokların sayı 4-ə çatdırılaraq, ölkə üzrə enerji təchiatı 100% olacaq. Ehtimal olunur ki, 3 və 4-cü blokun işə düşməsindən sonra Rusiyada elektrik enejisi alınması dayandırılsın”.
Qeyd edək ki, Azərbaycan son bir ildə elektrik enerjisi idxalını azaldıb. Ümumilikdə isə 2017-ci ildə 108 milyon 421,76 min kilovat saat – 4 milyon 224,86 min dollar dəyərində elektrik enerjisi idxal edilib. Rusiyadan 64 milyon, 344,71 min kilovat saat, Gürcüstandan 1 milyon 739,55 min kilovat saat, İrandan 42 milyon 337,5 min kilovat saat elektrik enerjisi alınıb.
Azərbaycan Rusiyadan elektrik enerjisi almağa başladı

Oxşar xəbərlər