Mayın 31-də Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə AXCP üzvü Babək Həsənovun, hakim İlqar Murquzovun sədrliyi ilə Ruslan Nəsirlinin apellyasiya şikayətinə baxılıb. Məhkəmə qapalı keçirilib. Təqsirləndirilənlərin vəkilləri məhkəmədən sonra apellyasiya şikayətinin təmin olunmadığını bildiriblər.
Qeyd edək ki, mayın 26-da AXCP üzvləri Ruslan Nəsirov, Babək Həsənov Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin (26 may 2018-ci il, Nəsimi rayon Məhkəməsi) qərarları ilə barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. AXCP bu şəxslərin saxlanmasının müxalifətin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar mayın 28-də Novxanı qəsəbəsində keçirdiyi mitinqlə bağlı olduğunu hesab edir.
"Çox təəssüf ki, Azərbaycanın müasir tarixi haqsızlıqlarla, ədalətsizliklərlə doludur"- Video

Oxşar xəbərlər