İsraildə seçkilərdir; Netanyahunun müqəddəratı həll edilir

Bu gün – oktyabrın 27-də İsraildə keçirilən parlament seçkilərində baş nazir Binyamin Netanyahu siyasi hakimiyyətini qorumaq uğrunda gərgin mübarizə aparır.

İctimai rəy sorğuları göstərir ki, Netanyahunun "Likud" partiyası və onun sağçı müttəfiqləri ilə təhlükəsizlik məsələlərində sərt mövqeyi ilə tanınan keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkotun alyansı arasında ciddi rəqabət var. Ayzenkotu həm sağçı, həm də mərkəzçi qüvvələr dəstəkləyir.

ABŞ prezidenti Donald Tramp Netanyahunu dəstəkləyərək İranla qarşıdurmada İsrailin yanında yer alıb. Netanyahu oktyabrın 25-də – bazar günü bəyan edib ki, Tramp İran təhlükəsini "birdəfəlik" aradan qaldırmaq üçün yenidən hərəkətə keçməyə hazırdır; amma bunun üçün o, mütləq hakimiyyətdə qalmalıdır.

Ayzenkot isə öz növbəsində Trampın xalqın seçdiyi istənilən liderlə tam əməkdaşlıq edəcəyinə əmin olduğunu bildirib.

"Reuters" yazır ki, Netanyahu hökumət formalaşdırmaq üçün yenidən ifrat sağçı liderlər İtamar Ben-Qvir və Bezalel Smotriçin dəstəyindən asılı vəziyyətə düşə bilər.