Bu gün daha iki zəvvar təyyarəsi Azərbaycandan Hacc ziyarətinə yola düşüb

Bu gün zəvvarları daşıyan növbəti iki təyyarə Azərbaycandan Hacc ziyarətinə yola düşüb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Hacc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

“Bu gün üçüncü və dördüncü zəvvar təyyarələri Hacc ziyarətinə yola düşüb”, - o bildirib.

Qeyd edək ki, 2026-cı ildə bir nəfər üçün Hacc ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.