Sentyabrın 16-da Xətai rayon Məhkəməsində "MeydanTV işi" üzrə həbs olunan bəzi jurnalistlərin həbs müddətləri artırılıb.
Ayrı-ayrılıqda keçirilən proseslərdə jurnalistlər Fatimə Mövlamlı, Ülviyyə Əli və Şəmşad Ağanın həbs müddəti daha 3 ay uzadılıb.
MeydanTV-nin əməkdaşları - Aynur Elgünəş, Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova və jurnalist Ramin Deko ötən il dekabrın 6-dan həbsdədirlər. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbi direktorunun müavini Ülvi Tahirov da həbs olunub. Onların hər birinə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Sonradan MeydanTV ilə bağlı cinayət işi üzrə daha dörd nəfər - Şəmşad Ağa (2025-ci il fevralın 5-də), Nurlan Qəhrəmanlı (fevralın 21-də), Fatimə Mövlamlı (martın 1-də) və Ülviyyə Əli (mayın 7-də) həbs edilib. Onların bundan əvvəl də həbs müddətləri artırılıb.
2025-ci il avqustun 28-də "MeydanTV işi" üzrə ittihamlar ağırlaşdırılıb və daha yeddi maddə əlavə olunub. Onlar Cinayət Məcəlləsinin 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə ...) və 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddəsidir.
Jurnalistlər özlərini təqsirli bilmir, peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.
Xatırlatma
2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə, siyasi sifarişlə həbs olunduqlarını deyirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var.
Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi motivlərlə həbs edilmir. Onların iddiasına görə, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
'MeydanTV işi' üzrə bəzi jurnalistlərin həbs müddəti uzadılıb