İranın vitse-prezidenti Məhəmmədrza Arif Tehranın təzyiqlərə boyun əyməyəcəyini bəyan edib. Bu bəyanat BMT-nin 2015-ci il nüvə sazişinin "ciddi" pozulmasına görə sanksiyaları bərpa edəcək mexanizmi işə salması ərəfəsində verilib.
"Biz sanksiyaları öz xoşumuzla işə saldırmırıq, amma bu dəfə də İran xalqı nə geri çəkiləcək, nə də təzyiqlərə boyun əyəcək", – Arif avqustun 31-də hökumətin iclasında deyib. Bu barədə ISNA xəbər agentliyi məlumat yayıb.
Arif E3 ölkələrinin (Fransa, Almaniya və Böyük Britaniya) BMT Təhlükəsizlik Şurasında sanksiyaların avtomatik bərpası mexanizmini işə salacaq hüquqi səlahiyyətə malik olub-olmadığını sual edib.
"Təbii ki, bu mexanizm işə salınsa, müvafiq qərarlar da qəbul ediləcək", – Arif əlavə edib, amma ətraflı detallardan danışmayıb.
Aİ-nin xarici siyasət üzrə rəhbəri Kaya Kallas avqustun 29-da Tehranın E3 ölkələrinin bu hüquqa malik olmadığı haqda iddiasını rədd edib. O bildirib ki, sanksiyalar qüvvəyə minməzdən öncəki 30 günlük müddət diplomatiyaya imkan yaradır.
"Bu məsələləri yoluna qoymaq üçün 30 gün vaxtımız var", – Aİ baş diplomatı jurnalistlərə deyib.
Avropa gücləri İrana qarşı BMT sanksiyalarını bərpa edir
Britaniya, Fransa və Almaniya (Avropa üçlüyü - E3) BMT-nin Tehrana qarşı sanksiyalarını bərpa etmək üçün 2015-ci il İran nüvə razılaşmasının "snapback" mexanizmini işə salıb.
Avropa üçlüyü avqustun 28-də BMT Təhlükəsizlik Şurasına 30 gün davam edən prosesə başlamaq üçün müraciət edib.
E3 ölkələrinin xarici işlər nazirləri vurğulayıb ki, "əsas məqsədimiz ortaqdır – İran heç vaxt nüvə silahı əldə etməyə, inkişaf etdirməyə və ya buna cəhd göstərməyə çalışmamalıdır".
Bu addımla İran rəsmi olaraq 2015-ci ildə ləğv edilmiş BMT sanksiyalarına yenidən məruz qala bilər. Həmin sanksiyalar Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan nüvə sazişinin bir hissəsi kimi aradan qaldırılmışdı.
ABŞ dövlət katibi Marko Rubio E3-ün addımını alqışlayıb. O, bəyanatında deyib: "Eyni zamanda, Birləşmiş Ştatlar da İranın nüvə məsələsinə sülh yolu ilə və davamlı həll tapmaq üçün bu ölkə ilə birbaşa təmaslara açıqdır".
Rubio əlavə edib ki, "Snapback" mexanizmi bizim səmimi diplomatiya hazırlığımızla ziddiyyət təşkil etmir, əksinə, onu gücləndirir".
İran pisləyir
Ölkənin Xarici İşlər Nazirliyi bəyanatında bildirib ki, "Avropa üçlüyünün bu qərarı İran ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında davam edən qarşılıqlı əlaqə və əməkdaşlıq prosesinə ciddi zərər vuracaq". XİN bu addımı "təxribat xarakterli və lazımsız gərginləşmə" adlandırıb.
Xarici işlər naziri Abbas Ərağçi isə qərarı "əsassız və qanunsuz" kimi xarakterizə edib. O əlavə edib ki, Tehran "əsassız addım" adlandırdığı bu qərara cavab verəcək. Ancaq sonradan Ərağçi Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasa ünvanladığı məktubda daha barışıq mövqe nümayiş etdirərək bildirib ki, Qərb xoş niyyət göstərərsə, Tehran nüvə proqramı ilə bağlı "ədalətli" danışıqları yenidən başlamağa hazırdır.
BMT də İranı və dünya güclərini "snapback" sanksiyaları qüvvəyə minməzdən əvvəl yeni bir nüvə sazişinə nail olmaq üçün irəliləyişə çağırıb.
BMT baş katibi Antonio Quterreşin sözçüsü Stefan Düjarrik deyib: "Növbəti 30 gündə eskalasiyadan qaçmaq və sülhə xidmət edən irəliləyişə yol tapmaq üçün fürsət var".
Uranı 60 faiz zənginləşdirir
"Snapback" prosesi yekunlaşdıqdan sonra artıq faktiki olaraq iflic vəziyyətdə olan JCPOA tamamilə sona çatmış olacaq.
Bu razılaşma İranın nüvə silahı inkişaf etdirməsinin qarşısını almaq üçün nəzərdə tutulmuşdu. Ancaq Tehran israr edir ki, ölkə bu silahı əldə etmək üçün çalışmır. Razılaşma İranın nüvə fəaliyyətlərinin müstəqil monitorinqi üçün ciddi qaydaları müəyyən edir və həm onun sahib ola biləcəyi uranın miqdarına, həm də zənginləşdirilə biləcəyi səviyyəyə məhdudiyyətlər qoyur.
ABŞ 2018-ci ildə sazişdən çıxdıqdan və sanksiyaları bərpa etdikdən sonra İran öz öhdəliklərindən yayınmağa başlayıb. O vaxtdan bəri İran nüvə proqramını mərhələli şəkildə sürətləndirib və hazırda uranı 60 faiz səviyyəsində zənginləşdirir. Bu isə JCPOA çərçivəsində müəyyən olunmuş 3.67 faiz həddindən xeyli yuxarıdır.
İran iyulda ABŞ və İsrailin ölkənin Fordo, İsfahan və Natanzdakı əsas nüvə obyektlərini bombalamasına cavab olaraq AEBA ilə əməkdaşlığını dayandırıb.
Avropa üçlüyünün prosesi təxirə salmaq üçün irəli sürdüyü şərtlərdən biri də Tehranın avqustun sonunadək BMT-nin nüvə üzrə nəzarət orqanı - AEBA ilə tam əməkdaşlığı bərpa etməsi idi.
Vitse-prezident: 'Tehran təzyiqlərə boyun əyməyəcək'