Cəzaçəkmə müəssisələrindən inanclı xanımların həbsinə etirazlar davam edir. Bu dəfə Qaradağ rayonundakı Umbakı cəzaçəkmə məntəqəsindən 3 məhbus məlum hadisəyə etirazını bildirib. Tərlan Sayadov, Əsgər Hacıyev və Yusif Mirzəyev inanclı qadınların həbsinin arxasında daha məkirli planların durduğunu söyləyərək hakimiyyəti həbslər səbəbinə qınayıblar.
“Həbs olunan qadınlar cəmiyyətin bu məsələdə reaksiyasına hesablanmış addımdır. Bir çox məsələlər məhz ilk addımını belə atır. Əgər susqunluqla qarşılanırsa rahatlıqla icra edilir, yox əgər etirazla qarşılanırsa ya təxirə salınır, ya da alternativlər aranır.
Bu gün inanclı xanımların da həbsi cəmiyyətin nəbzinə hesablanıb deyə birmənalı tənqid olunmalı və etiraz göstərilərək dayandırılmalıdır.
Biz də öz növbəmizdə məlum olayı kəskin qınayır, hakimiyyətdən həbsləri dayandıraraq inanclı xanımları azad etməyi tələb edirik."
Daha 3 məhbus Umbakıdan inanclı qadınların həbsinə etirazını bildirdi