“Səudiyyə Ərəbistanı İsraili silahla təmin edir və Müqaviməti tərksilah etməyə çalışır”

Səna meydanındakı yəmənli etirazçılar Səudiyyə rejiminin sionistləri silahla təmin etdiyini və müqaviməti tərksilah etmək üçün əməkdaşlıq etdiyini, Misirin isə düşmənlə böyük müqavilələr imzaladığını vurğulayıblar

Milyonlarla yəmənli Əl-Səbain meydanında və Sənanın digər 40 meydanında “Biz qətiyyətliyik, təhdid və sui-qəsdlərdən qorxmuruq” şüarı altında toplaşıb. Yəmən Qəzzaya və məzlum Fələstin xalqına dəstəyini davam etdirdiyini vurğulayıb.

Yəmənli etirazçılar bəyanat verərək deyiblər: “Biz bəzi ərəb rejimlərinin sionist düşmənə açıq dəstəyini pisləyirik ki, bu da Qəzzada soyqırım cinayətlərinin davam etməsinin əsas səbəbidir”.

Bəyanata əsasən, bəzi ərəb rejimlərinin sionist düşmənə verdiyi dəstək bu rejimin “Böyük İsrail” adı altında daha təhlükəli planlar üzə çıxarmasına səbəb olub.

Səna meydanında yəmənli etirazçılar vurğuladılar ki, Səudiyyə rejimi sionistlərə silah yardımı edir və müqaviməti tərksilah etmək üçün əməkdaşlıq edir, Misir isə düşmənlə böyük müqavilələr imzalayıb.

Bəyanatda həmçinin, "Bu ölkələri və rejimləri mövqelərini yenidən nəzərdən keçirməyə və bu xəyanətlərə son qoymağa çağırırıq. Bunun əvəzini həm dünyada, həm də axirətdə ödəyəcəklər."

Yəmənli etirazçılar İsrailin ABŞ-ın dəstəyi ilə həyata keçirdiyi Qəzzaya qarşı vəhşicəsinə hücum planını pisləyib və deyiblər: “Biz heyrətləndirici və misli görünməmiş əməliyyatları ilə düşmənə itki və ziyan vuran Fələstin müqavimətinin igid adamlarının əllərini sıxırıq”.

Yəmən vətəndaşları öz ölkələrinin silahlı qüvvələrini dənizdə və sionist rejimin dərinliklərində həyata keçirdikləri əməliyyatlara görə təbrik edərək, müsəlman ölkələri və dünyanın bütün azad insanlarını Fələstin və Livan müqavimətinə tam dəstək verməyə və onları hədəf alan bütün planlara qarşı çıxmağa çağırıblar.