Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 24 ölkədən olan 51 üzvü Gürcüstanın Avropa Şurasından çıxarılmasını tələb edir. Onlar artıq Komitəyə “Gürcüstanda avtokratik reqressiya” adlı yazılı bəyanatla müraciət ediblər.
Sənəddə deyilir ki, bu il yanvarın 29-da Parlament Assambleyası 2585 (2025) saylı qətnamə qəbul edib və orada Gürcüstanın nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləyib.
Lakin bu, Gürcüstanın 2025-ci ilin aprel ayınadək demokratik meyarlara əməl etməsi - siyasi məhbusların azad edilməsi və yaxşılaşdırılmış seçki şəraitində yeni parlament seçkilərinin elan olunması şərti ilə baş verib.
AŞPA üzvləri bildirir ki, öhdəliklərin yerinə yetirilməsi əvəzinə vəziyyət kəskin pisləşib:
“Müxalifətin yüksəkvəzifəli liderləri həbs olundu. Vətəndaş cəmiyyəti fəalları və jurnalistlər siyasi motivli cinayət təqiblərinə məruz qaldılar. Bu artıq ayrı-ayrı hadisələr silsiləsi deyil, demokratik müxalifəti sıradan çıxarmağa, ifadə azadlığını məhdudlaşdırmağa və vətəndaş cəmiyyətini boğmağa yönəlmiş uzunmüddətli kampaniyadır”.
Bundan başqa sənəddə gürcü nümayəndə heyəti birtərəfli qaydada Assambleyanı tərk etməsindən bəhs edilir:
“Bu repressiya və hərəkətsizlik sistemi Gürcüstanın Avropa Şurasının üzvü kimi öhdəliklərini pozur və Assambleyanın mandatına ziddir. Assambleya öz qaydalarına və qətnamələrinə riayət etməlidir. Üzv dövlətdə avtoritar reaksiyanı görməzdən gəlmək bu institutun öz əsasını sarsıdır. Əgər Gürcüstan avtoritar kursunu dəyişməkdə irəliləyiş əldə etməsə, biz gürcü nümayəndə heyətinin səlahiyyətlərini əsaslı səbəblərlə mübahisələndirəcəyik və Assambleya ilə Nazirlər Komitəsini Gürcüstanın ciddi şəkildə Avropa Şurasının Nizamnaməsinin 3-cü maddəsində göstərilən əsas prinsipləri pozmasına görə Assambleyadan çıxarılması prosesinə başlamağa çağıracağıq,” – sənəddə deyilir.
AŞPA-nın bəyanatına cavab olaraq, Gürcüstanın baş naziri İrakli Kobaxidze açıqlama verib və “Avropa bürokratiyası və siyasətçiləri tam absurd içindədir” deyib.
“Onlar bizdən dayandırdığımız statusu dayandırmağımızı tələb edirlər. Təəssüf ki, Avropa bürokratiyası tam absurddur, müvafiq Avropa siyasətçiləri də absurdluq içindədir…”
Baş nazir vurğulayıb ki, Gürcüstanın istəyi Avropa İttifaqına üzv olmaqdır, lakin ölkə üçün sülhün əsas təminatı onun müstəqilliyi və suverenliyidir.
AŞPA-nın 24 ölkədən olan 51 üzvü Gürcüstanın Avropa Şurasından çıxarılmasını tələb edir