ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin Vaşinqtona səfərindən əvvəl bəyan edib ki, Zelenski istəsə, Rusiya ilə müharibəni “dərhal dayandıra” bilər.
Tramp eyni zamanda, Krımın geri qaytarılması məsələsinin və Ukraynanın NATO-ya üzvlüyünün də gündəmdə olmadığını qeyd edib.
Onun sözlərinə görə, avqustun 18-i Ağ Ev üçün mühüm gün olacaq və bir çox Avropa lideri eyni vaxtda Vaşinqtonda görüşəcək.
Tramp əlavə edib ki, onları qəbul etmək onun üçün böyük şərəfdir.
Avqustun 18-də Ağ Evdə Zelenski ilə Tramp arasında danışıqlar keçiriləcək. Görüşdə Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Corca Meloni də daxil olmaqla bir sıra Avropa liderləri iştirak edəcək.
Qərb mediasının məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Tramp ilə Alyaskada keçirilən görüşdə Ukrayna qoşunlarının Donetsk və Luqanskdan çıxarılmasını və Krımın Rusiyaya məxsus kimi tanınmasını tələb edib.
Krım geri qaytarılmayacaq və Ukraynanın NATO-ya üzvlüyü də gündəmdə deyil