Livandakı Hizbullah Hərəkatının baş katibi Şeyx Nəim Qasim, "Silahlarımızı təslim etməyəcəyik, lazım gəldikdə İmam Hüseyn (ə) kimi döyüşəcəyikdə" deyib.
Livandakı Hizbullah Hərəkatının baş katibi Şeyx Nəim Qasim Ərbəin mərasimi ilə bağlı çıxış edib.
O, İmam Hüseynin (ə) İmam Mehdinin (ə.f.) zühuru üçün lazımi zəmin hazırladığını bildirərək deyib: "İmam Hüseynə sədaqət bayrağını qaldırmaq üçün Baalbek-Hermel bölgəsində toplaşan Əhli-beyt dostlarının şövqlə iştirakını yüksək qiymətləndirirəm".
Müqavimətin Fələstinin yanında olduğunu vurğulayan Naim Qasim, “Biz ABŞ və İsrail daxil olmaqla, dövrün Yezidinə qarşıyıq və həqiqəti dəstəkləyirik: Müqavimət Kərbəla məktəbinin və yaşayan İslam ümmətinin nəticəsidir” deyib.
Fələstin məsələsinə toxunan Naim Qasim, "Soyqırımı Fələstin xalqının müqavimətini davam etdirməsinə mane ola bilməz. Fələstini dəstəkləyirik, çünki Fələstin torpaqları onlara məxsusdur" deyə əlavə edib.
Beyrut hökumətinin Hizbullah qərarı ilə bağlı Naim Qasim qeyd edib:
"Müqavimət hökumətə Livanın cənubundakı vəziyyətə nəzarət etməyə kömək edib. Müqavimət 8 aydır ki, hədəfə alınıb, lakin biz ehtiyatlı davrandıq. Livanlıların əksəriyyəti müqaviməti və onun davam etdirilməsini dəstəkləyir. Beyrut hökumətinin avqustun 5-də verdiyi qərar Livanı düşmənə qarşı müdafiə silahlarından məhrum edir və müqavimət üzvlərinin və onların ailələrinin öldürülməsinə yol açır. Bu hökumət istəsə də, istəməsə də İsrail layihəsinin xidmətində çıxış edir”.
Hökumətin torpaqları müdafiə etmək vəzifəsindən əl çəkdiyini bildirən Qasim, "Torpaqlarımızı müdafiə etmək əsas vəzifəsindən imtina edərək, hökumət hər cür iğtişaşlara görə bütün məsuliyyəti öz üzərinə götürdü" deyib.
“Biz iğtişaş istəmirik, amma başqaları onu yaratmaq üçün çalışırlar” deyən Qasim, Livan hökumətinin müqaviməti aradan qaldırmağa yönəlmiş Amerika-İsrail göstərişlərini yerinə yetirdiyini qeyd edib.
Hökumətə xitabən Şeyx Naim "Düşmənlə üz-üzə gələk, sizin müdaxilənizi istəmirik. Bizimlə müqavimət arasında dayanmayın" deyib.
Hizbullah Hərəkatının baş katibi "Müqavimət silahlarını təslim etməyəcək. Lazım olanda Kərbəlada şəhid olanlar kimi döyüşəcəyik" deyib.
Biz silahlarımızı təslim etməyəcəyik