Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa – Colani bu gün səhər televiziya vasitəsilə xalqa müraciət edib.
SANA xəbər verir ki, "Suriya xalqının azadlıq uğrunda verdiyi fədakarlıqlar sayəsində böyük qələbələr əldə etdiyini" vurğulayan Colani "bu gün İsrailin Suriyanın sabitliyini pozmaq və xalq arasında nifaq salmaq cəhdlərinə" toxunub.
Onun sözlərinə görə, “bu gün qürurlu Suriya xalqı yeni çağırışlarla üz-üzədir”.
“Biz Suriya xalqı olaraq kimin bizi müharibəyə sürüklədiyini, kimin bizi parçalamağa çalışdığını çox yaxşı bilirik”, - Suriyanın müvəqqəti başçısı vurğulayıb.
O əlavə edib ki, Suriyanın müharibəyə sürüklənməsinə imkan verməyəcəklər.
Əhməd Əl Şaraa Suriya dövlətinin bütün qurumları ilə Əs-Suveyda və ətrafındakı silahlı qruplar arasında uzun müddətdir davam edən daxili qarşıdurmaya son qoymaq üçün tam iradə və qətiyyətlə müdaxilə etdiyinə diqqət çəkib.
O, müharibədən qorxmadıqlarını, eyni zamanda, Əs-Suveydanın təhlükəsizliyini müəyyən yerli qruplara həvalə etmək qərarına gəldiklərini bəyan edib.
“Biz druz xalqımıza qarşı cinayət törədənləri məsuliyyətə cəlb etməkdə qərarlıyıq”, - Colani deyib.
Colani Suriya xalqına müraciət edib, müharibədən qorxmadıqlarını bildirib