CHP-nin İstanbul üzrə sədri Özgür Çelik haqqında həbs qərarı verilib

Türkiyənin ana müxalifət partiyası CHP-nin İstanbul üzrə sədri Özgür Çelik haqqında həbs qərarı çıxarılıb.

Sözügedən qərar İstanbul Baş Prokurorluğu tərəfindən verilib.

Qeyd olunub ki, ona qarşı 2023-cü ilin oktyabr ayında keçirilmiş Cümhuriyyət Xalq Partiyasının İstanbul üzrə Sədrliyi seçkilərində şəxsi mənfəət müqabilində seçki saxtakarlığı iddiaları irəli sürülüb.