Məlumatı jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova yayıb. Onun sosial media üzərindən yaydığı paylaşımda deyilir: "15 saylı Cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən həyat yoldaşım jurnalist, siyasi məhbus Polad Aslanov "provokasiya"ya çəkilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Ədliyyə Nazirliyi Penitensiar xidmətin qaynar xəttlərinə və Ombudsman aparatına məlumat vermişəm. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Ədliyyə Nazirliyi Penitensiar xidmət, Polad Aslanovun başına gətiriləcək hər hansı xoşagəlməz hadisələrə görə bir başa siz cavab verəcəksiniz.
Polad Aslanovun, mərhum Səbuhi Səlimovun və bir neçə günahsız insanların şərlənməsində istifadə olunan və hal-hazırda 15 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan məhbusdan istifadə olunaraq Polad provokasiyaya çəkilir. Məhkəmədə DTX-nin sifarişi ilə "Polad İrana işləyir" deyən şərəfsiz, həbsxanada müəssisə rəisinin sifarişi ilə "Polad hakimiyyətə işləyir" deyə söz gəzirdirir.
Polad Aslanovun 15 saylı cəzaçəkmə məntəqəsində provokasiyaya çəkildiyi deyilir