Yəmən Silahlı Qüvvələri Ben Qurion hava limanına hücumla bağlı bəyanat yayıb

Yəmən Silahlı Qüvvələri bu gün yaydığı bəyanatda Ben Qurion hava limanına hipersonik ballistik raketlə hücuma keçdiklərini açıqlayıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri Yəmənin raket qüvvələrinin hipersəs ballistik raketlə işğal olunmuş ərazilərdəki Ben Qurion hava limanını hədəf aldığını açıqlayıb.

Bəyanatda raketin hədəfi müvəffəqiyyətlə vurduğu, milyonlarla sionistin hücumdan sonra sığınacaqlara qaçdığı və hava limanının fəaliyyətinin dayandığı bildirilib.

Yəhya Səri həmçinin deyib: “Biz təsdiq edirik ki, El-Lod (Ben Qurion) hava limanına və oradan hava hərəkəti qadağandır.

Sözçü qeyd edib ki, bir çox beynəlxalq aviaşirkətlər bu uçuş qadağası planına uyğun olaraq El Lod hava limanına uçuşları dayandırıb və bu, hava limanının fəaliyyətini ciddi şəkildə pozub.

Yəmən Silahlı Qüvvələrinin bəyanatında nəhayət aşağıdakılar vurğulanıb:

Qəzzada gündəlik qırğınlar davam etdikcə, Yəmən bu hücumları tamamilə dayandırmaq və blokadaya son qoymaq üçün daha intensiv səylər və hərbi əməliyyatlar davam etdirəcək”.