İlahiyyatçı Mirtosif Hüseynov Netanyahunun Azərbaycana səfərini pislədi

İlahiyyatçı Mirtosif Hüseynov mayın 7-də Azərbaycana rəsmi səfərə hazırlaşan İsrailin baş nazirinin ölkəmizə səfərini tənqid edib. Sosial media üzərindən paylaşım edən din xadimi deyib:
“Beynəlxalq cinayətlər törədən, müsəlman torpaqlarının işğalına rəhbərlik edən və xüsusilə Fələstin xalqına qarşı soyqırımı həyata keçirərək 50 mindən çox insanı qətliama məruz qoyan bir rejimin rəhbərinin — qeyrət, şərəf və kişilik dəyərlərini uca tutan Azərbaycana dəvət olunması yolverilməzdir və eyni zamanda müsəlman Azərbaycan xalqına açıq-aşkar hörmətsizlikdir.
Mən bir müsəlman azərbaycanlı kimi, mənfur cinayətkar Netanyahunun ölkəmizə gəlişinə qəti etiraz edirəm.”