İsrailin baş nazirinin Azərbaycana səfərinə daha bir ilahiyyatçı da etirazını bildirdi

İsrailin baş naziri Netanyahunun Azərbaycana səfərinə daha bir ilahiyyatçı etiraz etdi. Sosial media üzərindən paylaşım edən ruhani Kazim Fətullayev uşaq qatilinin ölkəmizə gəlişinə “YOX” dedi.
“Sionist Netanyahunun məkirli planlarından biri müsəlman ölkələri ilə əlaqələri möhkəmləndirməklə etdiyi cinayətləri ört-basdır etmək və müsəlmanları öz törətdiyi cinayətlərdə şərik etməkdir. Bu isə dəyərli Azərbaycan xalqını təhqir edib dəyərsiz saymaq manasını daşıyır.
Elə məhz bu səbəbdən, o uşaq qatilinin Azərbaycana gəlməsinə etiraz edirik!”