Azərbaycanın minifutbol yığması Slovakiyada keçirilən Millətlər Liqasında ikinci yeri tutub

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında ikinci olub. 

Elşad Quliyevin rəhbərlik etdiyi komanda finalda təşkilatçı ölkənin təmsilçisi ilə qarşılaşıb.

Matçın əsas vaxtı 2:2 hesabı ilə bitib. Penaltilər seriyasında isə Slovakiya daha dəqiq oynayıb - 3:1.

Qeyd edək ki, yığma ötən gün qrupda Slovakiyaya uduzub (2:3), Ukrayna ilə heç-heçə edib - 2:2. Azərbaycan millisi yarımfinalda Belçikanı 2:0 hesabı ilə üstələyib.