Netanyahu: İsrail Dəməşqdə prezident sarayı yaxınlığındakı hədəfə zərbələr endirib

İsrail Müdafiə Qüvvələri Suriyanın paytaxtı Dəməşqdə prezident sarayının yaxınlığında yerləşən hədəfə zərbələr endirib.

"The Times of Israel" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın yaydığı birgə bəyanatda bildirilib.

“Bu, Suriya rejiminə açıq mesajdır. Biz Dəməşqin cənubuna qoşun yerləşdirilməsinə imkan verməyəcəyik”, — məlumatda deyilir.

 

APA