"Mətbuat azadlığı" indeksində Azərbaycan 167-cidir

"Mətbuat azadlığı" indeksində neft ölkəsi Norveç 1-ci, Azərbaycan 167-cidir
"Sərhədsiz reportyorlar" təşkilatı "Mətbuat azadlığı" indeksini elan edib.
Azərbaycan 180 ölkə arasında mətbuatın ən çox boğulduğu 15 ölkədən biridir.
Son zamanlar Əliyev rejiminin xüsusi diqqət gostərdiyi Çin və Vyetnam da bu sıradadır.
Qonşulardan Ermənistan 34-cü, Gurcustan 114-cüdür.
Keçmis Sovet respublikalarından olan Estoniya bu indeksdə Norvecden sonra 2-ci yeri tutub.Litva və Latviya 14 və 15 yerlərdə qərarlaşiblar.
Orta Asiya respublikaları Türkmənistan istisna olunmaqla,Azərbaycandan yuxari yerdədirlər.
Diqqəti cəlb edən cəhətlərdən biri də Afrikanın 54 ölkəsindən yalnız iki ölkəsinin Azərbaycandan aşağı yer tutmasıdır.
Afrikanın Namibiya ölkəsi isə bu indeksdə qitə ölkələri içində rekord sayılacaq uğur qazanıb-dunya sıralamasinda 24-cu yer.
 
 
 
 
Bütün reaksiyalar: