Həyati nişanələr təkcə parlaq görüntülər, rəngarənglik deyil. Biz bəzən canlı, həyatda nəfəs alıb həqiqətdə ölülərə çevrilmiş çoxsaylı insanları müşahidə etdiyimiz halda dünyada olmadan belə fikirləri, ideaları insanlığa töhfə verən diriləri görə bilərik. Quran bu barədə incə bir yanaşma sərgiləyərək bəzi insanları yaşıl, kökü torpaqdan ayrılıb nəyəsə söykənərək canlı görünən, lakin həqiqətdə heç bir perespektivi olmayan ağaclara bənzədir. Canlılıq özü ilə bərabər ətrafı, yaşadığı cəmiyyəti, bəzən əsrləri işıqlandıran, onlara faydası toxunan, insanlar və insanlıq naminə mübarizə və mücadilədir.
Şübhəsiz məhz bu canlılıq öz daxili potensialını sistemləşdirən dəyərlər müstəvisində məlum bir hədəfə doğru hərəkətdə olmalıdır. Hədəfini müəyyən edən insan bu istiqamətdə mübarizə salnaməsi yazacaq bir ömür yaşaya bilər. Müəyyən edilmiş hədəfin özünəməxsusluğu isə yaşayaraq ölü olan canlılarla ölərkən belə ölümsüzlüyünü davam etdirən şəxslər arasında fərqli bir fəza, müsbət, tükənməz və əbədi enerji mənbəyinin aşılanmasıdır.
Dünyanın bütün gücləri məhz hədəfə aldıqları məsələ də həmin enerji mənbəyidir. Həyatın yorucu, ölümlü və sonsuz qayğılar içində olması insanı bəzən tükədə yora və bezdirə bilir. Məhz belə bir enerji bloku ümidin tükəndiyi nöqtəyə yaxınlaşan insanı bu dərin quyuya düşmək təhlükəsindən qoruyur.
Tarixi mənbələr Kərbəla hadisəsi haqqında bir çox maraqlı məqamlar qeyd edib. Onların arasında İmam Hüseynin (ə) döyüşə son dəfə hazırlaşdığı səhnə sözün həqiqi mənasında unikaldır. Hüseynin (ə) bütün ordusu öldürülüb. Qarşıda sayları on minlərlə olan düşmən qoşunu, arxada başsız qalan qadınlar və qızlar, ətrafında isə öz övladları da daxil yaxın tərəfdarlarının cənazələri... Səhnə nə qədər ağrılı və qəlb yandırıcı səslənirsə, bu əsərin qəhrəmanı İmam Hüseynin (ə) at üstə duraraq döyüşə yollanması qəribə və qürurvericidir. Tarixi mənbələrdə əynində döyüş geyimli sərkərdənin şıq qaməti, məğrur və heybətli duruşu qeyd edilərkən onun belə bir gərgin, ağır vəziyyətdə aldığı enerji, duyduğu hiss təəccüb və heyrət doğurur.
Hüseynin (ə) ətrafını saran sonsuz həmlələr müqabilində ümidsiz deyil, qalib bir sərgərdə timsalında döyüş nümayiş etdirməsi qırılmaz, əbədi bir mənbəyə bağlı enerji qoşulmasının bariz nümunəsidir. Bu, dirilik, həyat mənbəyi və ölümsüzlük əsəridir. Təsadüfi deyil ki, bu gün də Azərbaycan da daxil, dünyanın bir çox ölkələrində İmam Hüseyn (ə) məktəbinə qarşı qəti mövqey nümayiş etdirilərək şiəliyin hədəfə alınması, məktəbin banisi kimi Kərbəlanın insan ruhunun mübarizə əzmi olaraq onu sönməyə, çökməyə qoymamasıdır.
İmamın sonsuz enerji mənbəyi aləmlərin rəbbi olan Allaha olan sevgi və itaətidir. Hansı ki, O, ümidlərin tükəndiyi, arzuların bitdiyi və həyatın ən dərin nöqtəsində parlayaraq qəlbin zülmətinə maniədir.
Quran quyunun dibində Yusifin (ə), balığın qarnında Yunisin (ə), fırtınalar qoynunda Nuhun (ə), səmalara qalxan alovun bətnində İbrahimin (ə) və nəhayət, mağarada düşmən hədəfində olan Muhəmmədin (s) canlılıq, yaşam və ümid mənbəyindən söhbət açır ki, bu Allahdır.
Allah ruha doğma olmaqla insana təkcə həyat vermir. Bu həyatın həqiqətini, onu ölümsüzləşdirən mübarizə ruhunu insana öyrətməklə bu hissi sönməyə qoymur. Varlığına Allah hakim olan insan artıq ölümsüzlük şərbətini dadmış və həyatın hər bir vəziyyətində əbədidir. Onun haqq çağırışı, həqiqi mücadiləsi onun həqiqətinin dəyəri qədərində ölümsüzlük qazanır. Əqidə, inam və inanc nə qədər böyük və güclüdürsə, insan da zamanların fövqündə bir o qədər böyük, dəyərli və əbədi ola bilir.
Həyat nişanəsi ayaq üstə yerimək, danışmaq və yeməkdən ibarət deyil. Həyatın həqiqəti insanın ruhuna hakim inanc və inamı, bununla yanaşı onun bu dəyərlərdən irəli gələn vəzifəsinə əməl etməsidir. Əgər kimsə Allaha sevgini varlığına hakim olaraq düşünürsə, bunun sadə nümunəsi bu sevgidən sonra ruhuna hakim olan güc və qüdrət, mübarizə və mücadilə hissini görməsidir.
Əgər sevgi düşüncəsi bir insanı hər növ məhrumiyyətlərə, zülm və sitəmə boyun qoyacaq bir itaətkarlığa gətiribsə, bu, Haqqın sevgisi deyil, öldürücü bir istəkdir ki, həyatda ikən onu cansız və ruhsuz edib. Yox əgər bu sevgi həqiqi eşq, Allaha yönəli bir duyğudursa, mütləq insan enerji mənbəyində ölümsüzləşərək haqqın kəsici qılıncı olaraq batilin önündədir. Yalnız bu həyat real yaşamaq nurudur. Digər hisslər isə yalnız və yalnız həyatın illuziyasıdır ki, insan yaşadığını zənn etsə də həqiqətdə ölüdür.
Yaşamaq təkcə nəfəs almaq deyil