Əvəz bəy təcili azad edilməli və xaricdə müalicəsinə şərait yaradılmalıdır

Siyasi məhbus, tanınmış jurnalist Əvəz Zeynallıda xərçəng xəstəliyi aşkarlanması xəbərindən çox məyus oldum.
Əvəz bəy "Xural" internet televiziyasının rəhbəridir. 2 ildir ki, həbs olunub. 9 il müddətinə azadlıqdan məhrum edilib. Əvəz Zeynallı 2011-ci ildə də həbs olunub 3 il həbsdə saxlanılmışdı.
Əvəz bəyin həyat yoldaşı Məlahət xanımın verdiyi məlumata görə səhhətində problemlər yaranmış Əvəz Zeynallını 6 saylı cəzaçəkmə müəssisəsindən Onkologiya Mərkəzinə aparıb, "biopsiya" müayinəsi ediblər. Nəticələr bugünlərdə məlum olub. Təəssüf ki,
Əvəz bəyin bağırsağında aşkarlanmış bədxassəli şiş artıq metastaz verib, xərçəng qara ciyərinə yayılıb. Dövlət hakimiyyəti Əvəz bəyin xərçəng xəstəliyi metastaz verənə qədər onun səhhətinə, xəstəliyinə biganə olub.
Rejim gözlərimiz önündə daha bir ictimai xadimi, ölkənin tanınmış jurnalistlərindən birini məhv edir. Artıq metastaz vermiş xərçəng xəstəliyi Azərbaycanda azadlıqda belə çətin müalicə olunur. Əvəz bəyin həbsxanada müalicə olunacağına necə ümid etmək olar?
Əvəz bəy təcili azad edilməli və xaricdə müalicəsinə şərait yaradılmalıdır.
 
Əli Kərimli
AXCP sədri.